QAYNAR XƏTT 1654

Ziyanverici proqramlar

14 Sep 2013

malware

İnternetin inkişafı və onu saysız-hesabsız məqsədlərlə istifadə edən istifadəçilərin sayının artması - hücumçulara pisniyyətli fəaliyyətlərini həyata keçirmək üçün çoxlu hədəflər təqdim edir. Şəbəkə əsaslı hücumların böyük əksəriyyəti, hücumçular tərəfindən pisniyyətli materiallar yaymaq məqsədi ilə ələ keçirilən və tərkibində hər hansı bir ziyanverici proqram olmayan İnternet səhifələrini ziyarət edən istifadəçilərə tətbiq olunur.

Bu tip hücumlarda hücumçu, istifadəçilər tərəfindən etibarlı hesab olunan veb səhifələrin saxlanıldığı serveri ələ keçirir və yaymaq istədiyi ziyanverici proqramı bu serverə yerləşdirir. İnternet istifadəçilərinin etibarlı hesab etdiyi bu saytı ziyarət etməsi nəticəsində bu ziyanverici proqram təminatı kompüterlərinə yoluxur. Ziyanverici proqramların güclü və təhlükəli olmaları - kompüterə gizlicə yoluxa bilmələri, o kompüterdə dəyişikliklər edərək zərər verə, elektron informasiya sistemlərinə istifadəçilərin fərqinə belə varmadan sıza bilmələrindən qaynaqlanır.

Hazırda ziyanverici proqram hücumlarının sıxlığı artmaqda və onlar günü-gündən inkişaf etməkdədir. Bu hal - İnternet istifadəçilərinin təhlükəsizliyi baxımından ciddi təhlükə kəsb edir. Ziyanverici proqramlara qarşı mübarizə üçün görülən mövcud işlər - hər gün inkişaf etməkdə olan bu qlobal təhlükənin müəyyənləşdirilməsi əməliyyatından çox geridədir. Ziyanverici proqramlarla mübarizə və onları azaltma işləri bir-birindən ayrı şəkildə aparılır.