iCloud xidmətini necə deaktiv etməli
Qurğunuzda iCloud xidmətinin deaktiv etdikdə həmin qurğuda iCloud məlumatlarınız artıq istifadə edilə bilməz. Hər hansı bir qurğuda iCloud e-poçt, kontaktlar, təqvim, qeydlər və s. xidmətləri deaktiv etdikdə bu bölmələrdəki məlumatlara iCloud.com saytından yenidən daxil ola bilərsiniz. Bəzi hallarda iCloud xidmətini deaktiv etdiyiniz qurğularda məlumatların həmin qurğuda saxlamaqda davam etməyi seçə bilərsiniz. Həmçinin iCloud xidmətini deaktiv etməmişdən əvvəl məlumatlarınızın bir surətini kompüterin yaddaşında saxlaya bilərsiniz.
Belə ki, İOS qurğunuzdan Home Screen > Settings > iCloud-a daxil olun və deaktiv etmək istədiyiniz iCloud xidmətini seçin.
iCloud xidmətini tamamilə deaktiv etmək üçün İOS qurğunuzdan Home screen > Settings > iCloud-a daxil olun ekranın aşağısında olan Delete Account (Hesabı Sil) əmrini seçin. Əgər iCloud hesabınızı silsəniz, iCloud artıq İOS məlumatlarınızın nüsxəsini çıxartmayacaq.
Həmçinin Apple-in rəsmi saytında istənilən əməliyyat sistemləri ilə çalışan qurğulardakı hesablarınızın təhlükəsizliyinin təmin olunması ilə bağlı bəzi tövsiyələr verilmişdir.
- Mürəkkəb şifrələrdən istifadə edin;
- Apple hesablarınızın şifrələrini digər hesablarda istifadə etməyin;
- Şifrələrinizi müntəzəm olaraq dəyişin və köhnə şifrələri təkrar istifadə etməyin;
- Şifrələrinizi heç kimlə paylaşmayın;
- Şifrə və digər gizli hesab məlumatlarını e-poçt vasitəsi ilə göndərməyin;
- Təhlükəsizlik suallarına digər şəxslərin asanlıqla başa düşməyəcəyi cavablar verin;
- Şübhəli e-poçtlardan gələn linkləri açmayın və qanuni olduğundan əmin olmadığınız veb saytlara şəxsi məlumatlarınızı daxil etməyin;
- Başqa şəxslərin sizin hesab adı və şifrələrinizdən xəbərdar olduğunu düşünürsünüzsə, hesab şifrənizi dərhal dəyişin;
- Ortaq kompüterdən istifadə edirsinizsə, işinizi bitirdikdən sonra hesabınızdan çıxış edin;