QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Mərkəzi daha bir beynəlxalq təşkilata üzv oldu

06 Apr 2015

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin apardığı beynəlxalq əməkdaşlıq siyasəti uğurla davam etməkdədir. Belə ki, Mərkəz bu dəfə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən FİRST beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib. Dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) əməkdaşlığını asanlaşdımaq məqsədilə yaradılan FİRST beynəlxalq təşkilatı  kompüter təhlükəsizlik insidentlərinin həlli yönündə fəaliyyət göstərir.

Bu üzvlük Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsinə  imkan yaradacaq.  Belə ki, təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir.

FİRST  hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir. Burada üzv və qeyri üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.

Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.