QAYNAR XƏTT 1654

Məxfilik Bəyannaməsi

 

                                                                                                                 Məxfilik bəyannaməsi


Hazırkı məxfilik bəyannaməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (bundan sonra – Elektron Təhlükəsizlik Xidməti) rəsmi internet informasiya ehtiyatı “www.cert.az” (bundan sonra – veb-sayt) vasitəsilə toplanılan fərdi məlumatların necə işlənildiyinə dair fərdi məlumat subyektlərini məlumatlandırma məqsədini daşıyır.
Hazırkı bəyannamədə istifadə edilən anlayışlar Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan mənaları daşıyır.


Fərdi məlumatların işlənilməsinin hüquqi əsası
Elektron Təhlükəsizlik Xidməti tərəfindən fərdi məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”(bundan sonra – Əsasnamə) və digər qanunvericilik aktları ilə müəyyən edilən səlahiyyət və vəzifələrinin icra olunması üçün işlənilir və toplanılır.


Hansı fərdi məlumatları toplayırıq və nə məqsədlə işləyirik?
Veb-sayt vasitəsilə aşağıdakı məlumatlar toplanılır:
Şikayət, ərizə və təkliflərin qəbulu prosesində: müraciət edən şəxsin adı, soyadı, ata adı, telefon nömrəsi, e-poçt ünvanı və müraciətə əlavə edilən hər hansı sənəddə göstərilən fərdi məlumatlar (əgər, mövcuddursa).
Bu məlumatlar Əsasnamənin 3.1.20-10 və 3.1.21-ci bəndlərinə uyğun olaraq, Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər həyata keçirmək məqsədilə toplanılır və işlənir.
Ərizə və şikayətdə göstərilən halların araşdırılması məqsədilə zəruri olduğu və qanunvericilikdə tələb olunduğu hallardan başqa, fərdi məlumatlar üçüncü şəxslərlə paylaşılmır və onların məxfiliyi qorunur.

Kukilər
Kukilər (veb-sayta daxil olduğunuz zaman yüklənən və kiçik həcmli məlumatlara malik olan mətn faylları): yalnız veb-saytın fəaliyyəti və onun xidmətlərindən maneəsiz istifadə üçün zəruri olan kukilər toplanılır.


Fərdi məlumatların mühafizə səviyyəsi:
“Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun olaraq, fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə Elektron Təhlükəsizlik Xidməti tərəfindən bütün zəruri texniki və təşkilati tədbirlər həyata keçirilir.


Hüquqlarınız:
Siz özünüz barəsində topladığımız və işlədiyimiz fərdi məlumatlar, onların əldə edilmə mənbəyi, hüquqi əsası haqqında məlumat ala bilərsiniz.
Siz özünüz barənizdə topladığımız və işlədiyimiz fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə işlənməsinə qadağan qoyulmasını tələb edə bilərsiniz.
Siz məcburi xarakter daşıdığı hallar istisna olmaqla,  barənizdə məlumatların toplanılmasına və işlənilməsinə etiraz edə bilərsiniz.
Hüquqlarınız pozulduqda, maddi və mənəvi zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilərsiniz.


Sorğularınızı aşağıdakı əlaqə vasitələrindən istifadə edərək Elektron Təhlükəsizlik Xidmətinə göndərə bilərsiniz:

Telefon: 012 590 58 58
E-poçt: reports@cert.az
Daha ətraflı: https://cert.az/contacts