QAYNAR XƏTT 1654

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə xeyli irəliləmə əldə edib

02 Feb 2024

Estoniyanın Elektron İdarəçilik Akademiyasının hazırladığı “National Cyber Security İndex 2024” hesabatında Azərbaycan 31 ölkə arasında 66.67 balla 12-ci pillədə yer alıb. Bu göstərici ötən illərə nisbətdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir.