QAYNAR XƏTT 1654

“Məktəblinin dostu” layihəsinin 284 əməkdaşına maarifləndirmə tədbirlərində iştirakına görə sertifikat təqdim olunub

06 May 2024

3 may tarixində Elektron Təhlükəsizlik Xidməti tərəfindən “Məktəblinin dostu” layihəsinin 284 əməkdaşına maarifləndirmə tədbirlərində iştirakına görə sertifikat təqdim olunub. 

 

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın 8.8.2.1. yarımbəndinə əsasən ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması üçün tədbirlər təşkil etməkdir.