QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Milyonlarla mobil telefon təhlükədədir

30 Sep 2013

Bugünə qədər davam edən sağlamlığı və hələ də hər hansı bir hacklənmə hadisəsindən təsirlənmədiyinə görə güclü bir rəqəmsal texnologiya olan SIM kartlarda tapılan təhlükəsizlik açığına görə milyonlarla mobil cihazın təhlükə altında olduğu bildirilir. 2 milyard smartfon olmaqla dünyada 3 milyarddan çox mobil cihaz mövcuddur. İstifadəçilərin mobil təhlükəsizliyi üçün araşdırmalar aparan Alman elektron təhlükəsizlik şirkətinin sahibi Karsten Nohl nəticədə dünyadakı bütün simkartların 25%-ində bu təhlükəsizlik açığının mövcud olduğunu ortaya çıxarıb. Təxminən 3 milyard SIM kartda məlumat şifrələmə standartından (DES) qaynaqlanan bu açıq - mobil telefonlara nəzarətə imkan yaradır. Qeyd edək ki, araşdırma nəticəsində məlum olmuşdur ki, bu açıq sayəsində mobil ödəmı və ya bank mesajlarına müdaxilə mümkündür.