Microsoft Corp təhlükəsizlik xəbərdarlığı edir: Xakerlər RTF genişlənməli word fayllarda tapdıqları boşluq vasitəsilə komputerə nüfuz etməyin yolunu tapıblar.
Kompüterinizi bu hücumdan qorumağın yeganə yolu Microsoft hər şeyin qaydasında olduğunu bildirmədən rtf genişlənməli faylları açmamanızdır.
Bu hücumun ən pis növlərindən biridir. Hacker siz faylı açdıqdan sonra kompüterinizin idarəsini ələ keçirir. Bununla hacker müxtəlif şeylər edə bilər. Məsələn, sizin komputerinizi qeyri qanuni botnet qoymaqla zombiyə çevirə bilər. Nəticədə, sizin komputerinizdən müxtəlif pis niyyətli məqsədlər üçün istifadə edəcəklər spam göndərmək, virus yaymaq və s.
Hətta onlar bütün bunları nəinki siz həmin faylları açanda hətta baxış rejimində də edə bilər. Məsələn bu tip fayllara öz epoçtunuzda nəzərdən keçirdiyinizdə də bu baş verə bilər. Buna görə də Microsoft bütün rtf genişlənməli fayllarını əngəlləməyinizi məsləhət görür.