OpenSSL kriptoqrafik proqram təminatında Heartbleed boşluğu aşkarlanıb. Bu təhlükəsizlik boşluğu SSL/TLS şifrələməsi ilə mühafizə olunan fərdi məlumatların ələ keçirilməsinə imkan yaradır. SSL/TLS veb, epoçt və sosial şəbəkələrdə təhlükəsizlik və məxfiliyi təmin edir.
Heartbleed tətbiqi hər kəsə OpenSSL proqram təminatı ilə mühafizə olunan sistemlərin yaddaşını oxumağa icazə verir. Bu boşluq vasitəsilə istifadəçinin məxfilik məlumatlarını şifrələyən gizli açarları ələ keçirmək mümkün olur. Nəticədə, istifadəçinin məlumatlarını oxumağa və dinləməyə və oğurlamağa imkan yaranır.