QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"Fareit" ziyanverici proqramı

12 Oct 2015

Təhlükəsizlik ekspertləri ziyanverici proqramın gətirdiyi yeni bir gərginlik barədə istifadəçilərə xəbərdarlıq etmişdir. “Fareit” adlandırılan bu ziyanverici proqram 2012-ci ildən mövcuddur və əsas xüsusiyyəti kompüterə yoluxaraq başqa ziyanverici proqramların kompüterə asan şəkildə yoluxa bilməsini təşkil etməkdir. Zaman keçdikcə kibercinayətkarlar tərəfindən təkmilləşdirilən bu ziyanverici proqram yoluxduğu kompüterdə veb brauzerdən şifrələrin oğurlanaraq qarşı tərəfə ötürülməsinə xidmət edirdi.

“Fareit” adlandırılan bu ziyanverici proqramın hazırki yeni versiyası isə yoluxduğu faylın adını eyni saxlayaraq yalnız “hash”-ni dəyişmək xüsusiyyətinə malikdir. Belə bir xüsusiyyətin ziyanverici proqrama əlavə edilməsində əsas məqsəd virusun antiviruslar tərəfindən aşkar edilməsinin qarşısını almaqdır.

Beləliklə, kompüterə yoluxduğu zaman antivirusun aşkar edə bilmədiyi bu ziyanverici proqramın əsas məqsədi kompüterə digər ziyanverici proqramları yoluxdurmaq və veb brauzerdə mövcud istifadəçi adı və parolları oğurlayaraq qarşı tərəfə ötürməkdir.