QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"Google Chrome" veb brauzerinin saxta surəti yayılıb

21 Oct 2015

 

Təhlükəsizlik ekspertləri tərəfindən “Google Chrome” veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub. Qeyd edək ki, istifadəçinin “eFast Browser” adlandırılan bu saxta veb brauzerlə “Google Chrome” brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.

Nəzərinizə çatdıraq ki, “eFast Browser” ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər. Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər.  Tövsiyə edirik ki, “Google Chrome” veb brauzerini rəsmi veb saytından endirin və onu kompüterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin.