HeartBleed, POODLE and FREAK təhlükələrindən sonra, yeni şifrələmə təhlükəsi yaranıb. Belə ki, LogJam adlandırılan bu təhlükə bədniyyətliyə şifrələnmiş əlaqələrdə olan həssas məlumatları oxumağa və dəyişməyə imkan verir. Bu təhlükə yüz minlərlə HTTPS-lə qorunan vebsaytlar, mail serverlər və başqa geniş şəkildə istifadə olunan İnternet xidmətlərini də təhlükə qarşısında qoymuşdur.
Belə ki, internetdə aşkar olunan bu yeni təhlükə, bədniyyətliyə istifadəçi ilə Web və ya e-poçt server arasındakı əlaqəni pozmağa imkan verir. LogJam təhlükəsi Diffie-Hellman açar mübadiləsi adlanan və kriptoqrafik alqoritmi dəstəkləyən eyni zamanda, HTTPS, SSH, SMTPS, IPsec kimi protokollarda gizli açar qurmağa və təhlükəsiz əlaqə yaratmağa imkan verən serverlərdə də istifadə oluna bilər.