Karnegi Mellon universiteti tədqiqatçılarının apardığı son araşdırmalar nəticəsində aşkar edilmişdir ki, bir çox tətbiqetmələr istifadəçilərin olduğu məkanla bağlı məlumatları qısa zaman aralığında müntəzəm olaraq toplayaraq üçüncü tərəfə ötürür. Müəyyən olunmuşdur ki, smartfon istifadəçilərinin olduqları məkan müəyyən tətbiqetmələr vasitəsilə son 14 gün içərisində 5,398 dəfə üçüncü tərəfə paylaşılıb.
Belə ki, Android qurğusu üçün olan bəzi tətbiqetmələr hər 3-cü dəqiqədə istifadəçinin hərəkətlərini izləyir. Mütəxəssislər qeyd edir ki, əgər istifadəçinin gizliliklə bağlı şübhələri yaranmağa başlayıbsa, o mobil qurğusunun gizlilik sazlamalarından tətbiqetmələri məhdudlaşdıra bilər.
Mənbə: www.thehackernews.com