QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"XOR.DDoS" təhlükəsi

04 May 2015

Linux əməliyyat sistemi üçün XOR.DDoS adlı yeni bir troyan virusu aşkar olunmuşdur.

XOR.DDoS troyan virusu komputerə yoluxduqdan sonra Command&Control serverlə əlaqələnir və yoluxduğu sistemlər üzərindən  başqa komputer sistemlərinə DDos hücumlar həyata keçirir. Bu troyan virusunun fərqləndirici cəhətləri C++ proqramlaşdırma dilində yazılması və aşkar olunmamaq üçün “rootkit” proqramından istifadə etməsidir. Belə ki, troyan virusu sistemə yoluxduqdan sonra “rootkit” proqramı işə düşür və troyan virusunun bütün mümkün göstəricilərini gizlədir və beləliklə, komputerin həmin virusa yoluxduğunu aşkarlamaq mümkün olmur.

Qeyd edək ki, adı qeyd olunmuş troyan virusu Windows əməliyyat sistemi üçün də  mövcuddur.

 

Mənbə: www.scmagazine.com