QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"Android.SmsSpy.88" troyanı

26 May 2016

Android əməliyyat sistemində aşkar olunan "Android.SmsSpy.88" adlı ziyanverici proqramı casus proqramından (spyware)  ransoware kimi təhlükəyə çevrilib. Rusiya təhlükəsizlik şirkəti “Dr.Web” bir çox ölkələrdə 40.000 mobil qurğunun bu ziyanvericiyə yoluxduğunu qeyd edib. İlk dəfə 2014-cü ildə müəyyən olunan troyan SMS spam vasitəsilə yayılırdı və qurbanın qurğusuna bir dəfə yoluxan kimi  telefon zənglərində və smslərdə nəzarəti ələ keçirə bilirdi.  Bir müddətdən sonra bu troyan inkişaf edərək kredit kart məlumatlarını “Google Play” üzərindən fişinq yolu ilə ələ keçirməyə başlayıb.  Ziyanverici proqram istifadəçinin ekranını kilidləyir və yalnız müəyyən məbləğin ödənilməsindən sonra açılacağını qeyd edir.

“Dr.Web” şirkəti eyni zamanda qeyd edir ki, troyan “bank popup” dan istifadə etməyə başlayıb.  Bu da troyana “popup”in məzmununu asanlıqla dəyişməyə və hər hansı bank və ya ödəmə sistemini hədəf almağa imkan verir. Android əməliyyat sisteminin daha çox hədəf alınan versiyası 4.4-dır(35.71%). Lakin troyan 2.3 və 5.2 versiyalarına da yoluxub.

Mobil qurğularınızın bu troyana yoluxmaması üçün aşağıdakı qaydalara əməl olunması vacibdir:

  • SMS mesajlar vasitəsilə sizə göndərilən keçidlərə klikləməyin;
  • Etibarsız mənbələrdən tətbiqetmələr yükləməyin;
  • Əgər mümkündürsə, onlayn bank əməliyyatlarının həyata keçirilməsi üçün başqa bir mobil cihazdan istifadə edin;
  • Mobil qurğunuzda antivirusdan istifadə edin.