“CERBER” adlanan yeni ziyanverici proqram Windows istifadəçilərini hədəf alıb. Belə ki, “Cerber” sistemdə yayılaraq müxtəlif faylları (.jpg, .doc, .raw, .avi etc.) şifrələyən ziyanverici proqramdır. Qeyd etmək lazımdır ki, “Cerber” ziyanverici proqramı şifrələnmiş hər bir fayla “cerber” genişləməsini əlavə edir, şifrələmə bitdikdən sonra isə bu ziyanverici proqram istifadəçilərdən faylları deşifrə etmək üçün müəyyən məbləğdə vəsait tələb edir. Göstərilir ki, istifadəçilər qeyd olunan müddət (məsələn 7 gün) ərzində tələb olunan məbləği ödəməlidirlər, əks halda məbləğ iki dəfə artırılacaq.
Şifrələmə zamanı “Cerber” ziyanverici proqramı 3 müxtəlif fayl (#DECRYPT MY FILES#.txt, #DECRYPT MY FILES#.html, #DECRYPT MY FILES#.vbs) yaradır. Bu faylların hər birində ödəniş təlimatı addım-addım göstərilir. Fayllarda qeyd olunur ki, istifadəçilər şifrələnmiş faylları yalnız onlar tərəfindən yazılan “Cerber” deşifrə edicidən (“Cerber Decryptor”) istifadə edərək deşifrə edə bilərlər. Bu deşifrəedicini yükləmək üçün istifadəçidən 1.24 Bitcoin tələb olunur (təxminən $524 məbləğinə bərabərdir.) Eyni zamanda qeyd olunur ki, istifadəçilər Tor brauzerindən istifadə edərək və göstərilən veb səhifədəki təlimatları izləyərək ödənişi həyata keçirə bilərlər.
Təəssüf ki, “Cerber” ziyanverici proqramı tərəfindən şifrələnən faylları deşifrə etmək üçün hər hansı bir vasitə yoxdur, yalnız Backup sistemi (ehtiyat nüxsə) vasitəsilə faylları bərpa etmək olar. Bu görə də mövcud faylların mütəmadi olaraq ehtiyat nüsxəsini çıxarmağınız tövsiyə olunur.