Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən cari ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.
Əməliyyat sistemlərinin yay vaxtına avtomatik şəkildə keçməsi isə sistemlərin fəaliyyətində problemlər meydana gətirə bilər. Belə ki, Azərbaycanın yay vaxtına keçməsinin ləğv olunması ilə əlaqədar əməliyyat sistemlərində yeniləmələr tətbiq olunmalıdır. Bununla bağlı UNIX əsaslı əməliyyat sistemləri üçün yeniləmələr aşağıdakı keçiddə təqdim olunur. Həmin yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur:
http://news.gmane.org/gmane.comp.time.tz
Qeyd edək ki, Windows əməliyyat sistemləri üçün rəsmi şəkildə hər hansı yeniləmə paketi təqdim olunmadığından bu sistemlərdə yay vaxtına keçid dəyişikliyinin avtomatik yenilənməsini deaktiv etmək tövsiyə olunur.