QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"Wordpress"in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq

22 Aug 2019
"WordPress" komandası "WordPress"in v3.7-v4.6 versiyaları üçün bütün "WordPress" saytlarının təxminən 11.7% -nə təsir edən təhlükəsizlik problemlərini həll etmək məqsədilə yeni avtomatik yenilənmə siyasətini təqdim edəcəkdir.
 
Qeyd edək ki, hazırda ən köhnə təhlükəsiz versiya v4.7-dir.  Daha köhnə versiyalar zərərli skriptlərin inyeksiyası kimi bir çox zəifliyə həssasdır.
"WordPress" v3.7-ni əvvəlcə minimum dəstəklənən versiya olan v4.7-yə qədər, daha sonra v3.8-dən v4.6-a qədər avtomatik yeniləməyi hədəfləyir. Sayt sahiblərinə bu avtomatik yeniləmə siyasətindən imtina etmək və ya öz saytlarını mexaniki şəkildə yeniləmək seçimi veriləcəkdir.
 
Əgər veb sayt avtomatik olaraq yenilənməzsə,  proses geri qayıdır və sayt sahibi "WordPress"-dən ən son versiyanı mexaniki yeniləməsi barədə məlumat verən elektron məktub alacaqdır.
 
Təsirə məruz qalan versiyalar
  • "WordPress"in v3.7-dən v4.6-a qədər versiyaları olan veb saytlar:
 
İstifadəçilər və sayt rəhbərlərinə müvafiq funkasiyalar istifadəyə verildikdən sonra ən qısa müddətdə "WordPress" versiyalarını ən son versiyaya yeniləmək tövsiyə olunur. Rəsmi yeniləmələr barədə  "WordPress"-dən elektron poçt vasitəsilə daha ətraflı  məlumat üçün https://wordpress.org/news saytına daxil ola bilərsiniz.