Nəzərinizə çatdırırıq ki, ölkəmizdə bəzi məkanların IP kameraları kiberhücumlara məruz qalmışdır. Aşağıdakı videoda göstərilən məkanların sahibləri təxirəsalmadan müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməli və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən sazlanmaları aparmalıdırlar.
Təlimata keçid: https://cert.az/news/2020/ip-kameralarimizi-kiberhucumlardan-nece-qoruyaq
Kiberhücum olunan IP kameraların videosu: https://bit.ly/3n75EQz
Kiberhücum olunan IP kameraların görüntüləri: https://bit.ly/2Ge2NEQ
Bundan əlavə, istifadəçilərdən xahiş olunur ki, mümkün hücumların qarşısını almaq üçün təxirəsalmadan təlimatda göstərilən IP kameraların təhlükəsizliyi ilə bağlı qaydalara əməl etsinlər.
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, 1654 qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.