Son günlər Ermənistanın törətdiyi təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, qarşı tərəf saxta səhifələr yaradaraq və özlərini bizdən biri kimi qələmə verərək insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhd edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Elektron Təhlükəsizlik Xidməti qarşı tərəfin idarə etdiyi aşağıdakı səhifələr tərəfindən yayılan məlumatlara etimad etməməyi tövsiyə edir:
Saxta səhifələrin adları və linkləri:
Qarabag Bizimdir - https://bit.ly/2Gi9CoU, https://bit.ly/3n5ra8m
Genc Bozqurdlar - https://bit.ly/2Go4xem
HƏRBİ MEDİA - https://bit.ly/3jgEwfV
Ermənistanın İctimai Radiosu - https://bit.ly/33eWERr
MFA Azerbaijan - https://bit.ly/33kJh2x
Azerbaijan Ministry of Defense - https://bit.ly/3ihaK9h
Vətəndaşlara tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.