QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Diqqət! Yoluxmuş IP ünvanlar

30 Sep 2020

Bildiyimiz kimi, ölkəmizin internet istifadəçilərinə qarşı kütləvi kiberhücumlar həyata keçirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən, aşağıdakı siyahıda göstərilən IP ünvanlar kiberhücumlara məruz qalmışdır. Həmin siyahıda göstərilən IP ünvan sahiblərindən xahiş olunur ki, vaxt itirmədən zərərvericinin hansı sistemə və ya qurğuya düşdüyünü  (IP kameralar və s.) müəyyənləşdirsinlər və müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirsinlər.

Yoluxmuş IP ünvanların siyahısı: https://bit.ly/3jkfpbY

Münkün kiberhücumların qarşısını almaq üçün istifadəçilərdən aşağıdakı təlimatlarda göstərilən qaydalara əməl etmələri tövsiyə olunur:
WiFi şəbəkəsinin təhlükəsizliyinə dair təlimat: https://bit.ly/345sy2c
İP kameraların təhlükəsizliyinə dair təlimat: https://bit.ly/2HAyfgS
Sosial şəbəkə hesablarının təhlükəsizliyinə dair təlimat: https://bit.ly/2SbnbsF

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.