Təcrübə göstərir ki, məsafədən iş rejiminə keçid ilə kibertəhlükəsizlik sahəsində risklər əhəmiyyətli dərəcədə artmışdır. Kiberdələduzlar müəssisələrin məsafədən iş rejiminə keçidə tam hazırlıqlı olmamasından və bu sahə üzrə mövcud kibertəhlükəsizlik boşluqlardan yararlanmağa çalışır. Odur ki, məsafədən işin düzgün təşkili və bu zaman kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi olduqca vacibdir.
Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən "Məsafədən iş rejimi zamanı kibertəhlükəsizliyin təmin edilməsinə dair təlimat" hazırlanmışdır.
Məsafədən iş rejimində çalışan müəssisə və əməkdaşlardan qeyd olunan Təlimatda göstərilən qaydalara əməl etmələri tövsiyə olunur.