QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Chrome brauzerində təhlükəsizlik boşluğu aşkar edilib

29 Mar 2022

Google Chrome brauzerində təhlükəsizlik boşluğu aşkar edilib. İstifadəçilərin hakerlərin bu vəziyyətdən yararlanmasının qarşısını alacaq təhlükəsizlik tədbirlərinə əməl etməsi mütləqdir.

Dünyanın ən məşhur internet brauzeri Google Chrome tez-tez həddindən artıq prosessor və RAM istehlak etdiyinə görə tənqid olunur. Ancaq yenə də milyardlarla istifadəçi Chrome-a üstünlük verir. Belə ki, 3 milyarddan çox istifadəçisi olan Google Chrome-dan dünya əhalisinin demək olar ki, yarısı istifadə edir.

Bir neçə gün öncə isə Google-un yaydığı təcili xəbərdarlıqda Chrome brauzerinin kritik boşluğa malik olduğu və hər an kiberhücumun baş verə biləcəyini istifadəçilərin diqqətinə çatdırılıb. CVE-2022-1096 kimi müəyyən edilən bu boşluq JavaScript mühərrikində yerləşir və haker qruplarına məlumdur.

Google zəifliyin necə istifadə edildiyi və bunun səbəbləri ilə bağlı heç bir təfərrüat təqdim etməsə də, istifadəçilər Chrome brauzerini 99.0.4844.84 versiyasına yeniləməlidirlər.