QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Kiberdələduzlar tərəfindən “Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir

22 Jan 2024

                                                                            

                                                                            

                                                                            

     

Kiberdələduzlar tərəfindən “Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir. Belə ki, dələduzlar “Azərpoçt”un rəsmi domen adına oxşar keçidlər yaradaraq, vətəndaşları saxta veb-saytlara yönləndirirlər. Veb-saytların daxilində isə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılmışdır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edir.