Son zamanlar kiberdələduzlar “Azərpoçt” MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir. Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "Azərpoçt" MMC adından göndərilən saxta mesajlar barədə xəbərdar edir
19 Jan 2024