Belə ki, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından saxta bilet satışı həyata keçirirlər. Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.