QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Müxtəlif elan platformalarının istifadəçilərinə qarşı fişinq hücumları həyata keçirilir

10 Nov 2024

 

 

 

Müxtəlif elan platformalarının istifadəçilərinə qarşı fişinq hücumları həyata keçirilir. Belə ki, platformada elan yerləşdirən vətəndaşlara zənglər edilərək məhsulu almaq istəyi bildirilir. Danışıq prosesi zamanı vətəndaşa saxta ödəniş səhifəsi göndərilərək bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə kart məlumatlarını tanımadıqları şəxslərə təqdim etməməyi tövsiyə edir.