QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir

06 Apr 2024

 

Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir. Belə ki, kiberdələduzlar vətəndaşlara qazanc vədi altında mesajlar göndərərək saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr mövcuddur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.