QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq həyata keçirilir

22 Jan 2024

                            

Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq həyata keçirilir. Belə ki, vətəndaşlara müxtəlif tapşırıqları yerinə yetirərək qazanc əldə edilməsi vəd edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edir.