QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“SOCAR” şirkətinin adından istifadə edilərək vətəndaşlara müxtəlif məbləğlərdə maliyyə vəsaiti təklif edilir.

07 Nov 2024

Son zamanlar kiberdələduzlar, müxtəlif sosial şəbəkələrin sponsorlu reklam xidmətindən istifadə edərək vətəndaşları saxta veb-saytlara yönləndirirlər. Belə ki, dələduzlar saxta veb-saytlar vasitəsilə “SOCAR” şirkətinin adından istifadə edərək vətəndaşlara müxtəlif məbləğlərdə maliyyə vəsaiti təklif edirlər. Vəsaitin əldə olunması üçün ilk növbədə saytların müvafiq bölmələrindən müəyyən addımları həyata keçirmək, sonda isə bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur.
 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi və hər hansı dövlət qurumunun adından həyata keçirilən kampaniyalarla rastlaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.