“Telegram” platformasında “Kapital Bank”ın adından saxta dələduzluq səhifəsi yaradılıb. Belə ki, kiberdələduzlar səhifədə saxta kampaniyalar paylaşaraq vətəndaşlara qazanc vədi təklif edirlər. Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olub, kart məlumatlarını qeyd etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.