QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Süni intellektdən istifadə edərkən diqqətli olun!

25 Jul 2024

 

Gün keçdikcə süni intellekt texnologiyasından istifadə edənlərin sayı artır. Bəs süni intellekt nədir? Süni intellektdən istifadə edərkən hansı kibertəhlükəsizlik qaydalarına riayət etməliyik?

Süni intellekt (AI) proqramçı mütəxəssislər tərəfindən hazırlanan insan kimi düşünə bilən, öyrənən, problem həll edən və hətta yaradıcı qabiliyyətə malik xüsusiyyətləri özündə əks etdirən proqramlar, cihazlar və s. texnologiyalardır.

Süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarınızı qarşı tərəfə ötürməkdən çəkinin. Nəzərə alın ki, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatlarınızı üçüncü tərəflərə ötürə və beləcə, kiberdələduzun hücum cəhdini asanlaşdıra bilər. Bununla yanaşı, işinizlə bağlı süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürməyin.