QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“Azərpoçt” MMC-nin adından həyata keçirilən dələduzluqlarla bağlı vətəndaşları diqqətli olmağa çağırırıq!

06 Jan 2025

Müxtəlif xarici nömrələr vasitəsilə  vətəndaşlara mesajlar göndərilərək  ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.