QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Azərpoçt MMC-nin adından müxtəlif platformalar üzərindən dələduzluqlar davam edir

20 Feb 2025

Azərpoçt MMC-nin adından müxtəlif platformalar üzərindən dələduzluqlar davam edir. Belə ki, vətəndaşlara xarici nömrələr və e-poçtlar vasitəsilə mesajlar göndərilərək bağlamaların anbarda qaldığı və ünvan məlumatlarını yeniləmək üçün saxta keçidə daxil olmaq bildirilir. Digər tərəfdən elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Qeyd edək ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından mesajlarla rastlaşdıqda, həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.