QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir

11 Mar 2025

Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılmışdır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.