QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“Kontakt Home” mağazalar şəbəkəsinin adından fişinq kampaniyası həyata keçirilir

19 Jun 2025

“Kontakt Home” mağazalar şəbəkəsinin adından fişinq kampaniyası həyata keçirilir. Belə ki, “Instagram” sosial şəbəkəsində şirkətin adına saxta səhifələr yaradılaraq məhsullar dəyərindən ucuz qiymətə təklif edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkətin adından həyata keçirilən kampaniyalarla rastlaşdıqda, müvafiq məlumatı həmin şirkətin özündən dəqiqləşdirməyi tövsiyə edir.