



Son zamanlar ani mesajlaşma platformaları vasitəsilə “part-time iş təklifi” adı altında vətəndaşlara mesajlar göndərilir. Belə mesajlarda vətəndaşlara yüksək qazanc vəd olunur və fərdi məlumatlarını daxil etmələri üçün saxta keçidlər göndərilir. Daha sonra həmin keçidlərdə qeydiyyat tələb olunur və prosesdən sonra ekran görüntüsünün göndərilməsi istənilir.
Qeyd etmək istərdik ki, bu cür hallarda dələduzların əsas məqsədi vətəndaşların etibarından sui-istifadə edərək fərdi məlumatlarını ələ keçirmək və maliyyə vəsaitlərini mənimsəməkdir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müxtəlif platformalar üzərindən göndərilən, xüsusilə yüksək qazanc vədli saxta iş təkliflərinə qarşı ehtiyatlı olmağı, naməlum mənbələrdən göndərilən keçidlərə daxil olmamağı və fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir.
