QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

ETX haktivist qrupların kiberhücumları ilə bağlı tədbirləri gücləndirməyi tövsiyə edir!

20 Oct 2025

Elektron Təhlükəsizlik Xidməti bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır.

Qeyd edək ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.

Bu hücumların məqsədi veb resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır.