QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"Təhdid Qrupu 2"nin fəaliyyəti haqqında məlumat

05 Jun 2025

Ölkəyə qarşı yönəlmiş kiberhücumların monitorinqi və ümumi kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili çərçivəsində Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən kiber təhdid qruplaşması – “Təhdid Qrupu 2” (ad şərti olaraq) müəyyən edilib.

Aparılan təhlillər göstərir ki, qrupun kiberəməliyyatları əsasən fürsətçi xarakter daşıyır, yəni qrup konkret hədəflərdən daha çox əlçatan zəiflikləri istismar edir. Hücumlarda açıq resurslu alətlərdən istifadə olunur, lakin zərurət yarandıqda xüsusi kodlaşdırma və avtomatlaşdırma imkanlarına da əl atılır.

ETX tərəfindən bu kimi təhdid qruplaşmalarının istifadə etdiyi infrastrukturun, texnika, taktika və prosedurlarının (TTP) izlənilməsi və standartlaşdırılmış metodologiya əsasında sənədləşdirilməsi gələcəkdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhdid qrupu haqqında ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.