Cari ilin avqust ayının 31-də Apple-in xidmətləri sırasına daxil olan iCloud xidmətinin xakerlər tərəfindən hücuma məruz qalması, istifadəçilərin hesablarının oğurlanması və istifadəçilərə aid şəkillərin veb saytlarda və sosial şəbəkələrdə yayımlanması gündəmin ən çox müzakirə olunan məsələsi olmuşdur.
Apple-ın rəsmi saytında yer alan açıqlamada gizlilik və təhlükəsizliyin şirkət üçün ən önəmli amillərdən biri olduğu vurğulanır və qeyd olunur ki, “40 saatdan artıq davam edən araşdırma nəticəsində iCloud, Find My İphone və ya digər iPhone tətbiqləri də daxil olmaqla Apple sistemlərində heç bir təhlükəsizlik boşluğuna rast gəlinməmişdir. ”
Bununla əlaqədar ETM fərdi məlumatlarınızı qorumaq və bu tətbiqlərdən düzgün istifadəniz üçün öz tövsiyələrini təqdim edir:
http://www.cert.az/news/2014/icloud-xidmetinden-tehlukesiz-istifadeni-nece-temin-etmeli.html