Trend Micro tədqiqatçıları tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq üçün nəzərdə tutulan saxta proqramlar Android əməliyyat sistemli telefonların istifadəçilərini hədəf almaqdadır. Şirkət ən yaxşı 50 Google Play tətbiqetmələri üzərində araşdırmalar aparmış və məlum olmuşdur ki, bu tətbiqetmələrin 77%-i fırıldaqçılar tərəfindən saxtalaşdırılmışdır.
Trend Micro şirkətinin Tokyo ofisi bu ilin aprel ayında aparılmış araşdırmanın nəticəsində 890,482 saxta proqramların mövcudluğunu qeyd etmişdir. Onların yarıdan çoxu (394,263) ziyanverici proqram, 59.185-i reklam xarakterli aqressiv proqramlardır.
Proqramların çoxu saxta antivirus proqramlarıdır. Bəzi hallarda, istifadəçidən proqramların və telefonunuzun məlumatlarına daha geniş giriş imkanı verən administrator icazəsini təsdiq etmək xahiş olunur. Bu səbəbdən daha sonra proqramları silmək çətin olur.
Saxta proqramlar adətən təhlükəsizlik cəhətdən zəif olan və ya təhlükəsizliyi mövcud olmayan app marketlərdə və ya bir çox forumlarda olsa da, onlara rəsmi onlayn Google Play Marketdə də rast gəlmək olur.