QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"my new photo ;)" başlığı altında yayılan yeni troyan

22 Oct 2014

MX Lab “my new photo ;)” mövzulu e-poçt vasitəsilə yayılan yeni troyanı aşkar etmişdir. Bu troyan antivirus proqramları vasitəsilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir və aşağıdakı qısa tərkibdən ibarətdir:

 

E-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişləməsi ilə 57 kb həcmindədir. Troyan HEUR/QVM03.0.Malware.Gen və ya Win32:Malware-gen. zərərli proqram təminatının bir növüdür.

Onu da qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilmişdir.

Bu məqsədlə ETM istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir. 

 

Mənbə: www.mxlab.eu