QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Saxta "Bitdefender Antivirus Plus 2015" antivirusu

07 Apr 2014

Bəzi bədniyyətli istifadəçilər “Bitdefender Antivirus Plus 2015”-in nüfuzundan istifadə edərək həmin antivirusun pulsuz yükləmələri vədi ilə istifadəçiləri tələyə salırlar.

Bu saxta təkliflər adətən Facebook və Youtube-da linklər vasitəsilə yayımlanır.

Youtube-da yayımlanan saxta videolar istifadəçini qısa URL linkinə klik etməyə dəvət edir və istifadəçi həmin linkə kliklədikdən sonra açılan yeni pəncərədə istifadəçidən robot olmadığını təsdiqləməsi üçün ekrana sorğu çıxır.  Sizdən qeyd olunmuş üç sorğudan birinə klikləməklə antivirusu yükləməyinizi tələb edir və siz sorğulardan birini seçməklə kompüterinizə zərərli proqram təminatını yükləmiş olacaqsınız.

Eyni zamanda Facebook sosial şəbəkəsi vasitəsilə Bitdefender Total Security antivirusu üçün lisensiya açarlarını paylaşırlar. Şirkət istifadəçilərə bu cür saxta reklamlara inanmamağı və pisniyyətli istifadəçilərin qurbanına çevrilməməyi tövsiyə edir.

 

Mənbə: http://net-security.org