QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Troyan internet mağazalardan gələn e-poçtlar vasitəsilə yayılır

05 Sep 2014

Beynəlxalq şirkət olan ESET yeni və internet mağazalardan gələn e-poçt örtüyü altında yayılan troyan haqqında istifadəçiləri xəbərdar edir. Bu zərərli proqram təminatı spam mesajlar vasitəsilə yayılır. Bu e-poçtda qeyd olunur ki, istifadəçinin sifarişi uğurla həyata keçirilib və daha ətraflı məlumatı əlavə fayldan əldə etmək olar. Faktiki olaraq isə bu fayl ESET NOD32 tərəfindən Win32/TrojanDonloader. Elenoocka kimi aşkar olunan zərəli proqramin olduğu exe genişləməsi olan fayldır.Bu troyan kompüterə quraşdırıldıqdan sonra internet vasitəsilə digər zərərli proqramları yükləyir. Elenoocka koduna fayl yükləmək üçün 6 (altı) URL-ünvan və Kryptik ailə Troyanları (Kryptik family Trojans) daxildir. Win32/Kryptik.CKEY zərərli fayllar yaradır, onları sistem faylları arasında gizlədir və kompüterə digər zərərli proqramların yoluxmasına  yol açır.  

ESET şirkətinin analitikləri istifadəçilərə e-poçta daxil olan spam mesajlardakı əlavə faylları açmamağı və kompüteri müntəzəm olaraq antivirus proqramları vasitəsilə yoxlamağı tövsiyə edir.

 

Mənbə: www.Esetnod32.ru