ESET beynəlxalq antivirus şirkətinin mütəxəssisləri Microsoft şirkətinin 2014-cü il üzrə proqram təminatlarına qarşı reallaşdırılmış kiberhücumları təhlil ediblər. Nəticədə müəyyən olunmuşdur ki, Microsoft məhsulları arasında ən çox zəifliklərə malik olan texnologiya - Internet Explorerdir. Belə ki, bu brauzerin 6-11 versiyalarında 243 təhlükəsizlik boşluğu aşkar olunmuşdur ki, bu da 2013-cü ildəkindən təxminən 2 dəfə çoxdur.
Aradan qaldırılmış bu boşluqların əksəriyyəti "uzaqdan idarə olunan kod" (Remote Code Execution) növünə aiddir. Həmin boşluqlar istifadəçilərin kompüterlərinə ziyanverici proqramların gizli şəkildə quraşdırılmasında istifadə olunublar. Bu boşluqlar arasında 2014-cü ildə əsas rol oynayan təhlükə "drive-by download", həmçinin sistemdə səlahiyyətlərin yüksəldilməsi üçün istifadə olunan Privilege Escalation (LPE) hücumlardır.
2014-cü ilin kritik boşluqları
13 Feb 2015