QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

2014-cü ildə ən çox istifadə edilən şifrələrin siyahısı açıqlanıb

21 Jan 2015

SplashData tədqiqat şirkəti hər il olduğu kimi 2014-cü ilin də ən çox istifadə olunan şifrələrini açıqlamışdır. 2014-cü ildə də ən çox istifadə olunan şifrələrin əksəriyyəti əvvəlki illərdə olduğu kimi son dərəcə sadə təxmin edilən şifrələrdir. Bu cür şifrələrdən istifadə nəticəsində milyonlarla istifadəçilərin hesabları bədniyyətlilər tərəfindən ələ keçirilmiş, onların hesab məlumatları oğurlanmışdır.

 “123456”, “password” kimi təkrar şifrələrlə yanaşı, “batman”, “superman”, “football” kimi yeni şifrələr də ötən il istifadəçilər tərəfindən üstünlük verilən şifrələr sırasındadır.

Şifrələrin siyahısı aşağıda göstərilmişdir:

 

  1. 123456
  2. password
  3. 12345
  4. 12345678
  5. qwerty
  6. 123456789
  7. 1234
  8. baseball
  9. dragon
  10. football
  11. 1234567
  12. monkey
  13. letmein
  14. abc123
  15. 111111
  16. mustang
  17. access
  18. shadow
  19. master
  20. michael
  21. superman
  22. 696969
  23. 123123
  24. batman
  25. trustno1 

 

Elektron Təhlükəsizlik Mərkəzi e-poçt və sosial şəbəkə hesablarınızın oğurlanmasının qarşısını almaq üçün bu cür sadə parollardan istifadə etməməyi tövsiyə edir. Əgər mürəkkəb və yaddaqalan şifrə qoymaqda çətinlik çəkirsinizsə,  ETM tərəfindən hazırlanan “Çətin və yadda qalan parollar necə qoyulmalı” başlıqlı tövsiyədən istifadə edə bilərsiniz.