"SimBad" adlandırılan ziyanverici ilə yoluxan tətbiqetmələrin əksəriyyəti simulyator oyunlarıdır.
"Google Play Store" vasitəsilə Android istifadəçilərini qlobal səviyyədə hədəf alan ziyanverici proqram 150 milyondan çox istifadəçiyə yoluxdurulmuşdur.
"SimBad" özünü reklam banneri kimi göstərir və şübhələrdən yayınmaq üçün proqram yaratma dəstinin (Software Development Kit - SDK) arxasında gizlənir. Bununla yanaşı "SimBad" ziyancerici proqramı "phishing" hücumları edərək qurbanları zərərli saytlara yönəldir və onların "Play Store" və ya uzaq bir serverdən daha çox zərərli proqramları endirməyinə nail olur.
Yoluxmuş tətbiqetmələrin böyük bir hissəsi foto redaktorları və divar kağızları (wallpaper) tətbiqetmələri də daxil olmaqla simulyator oyunlarıdır. "SimBad" ziyanvericisi ilə yoluxmuş ilk 10 tətbiqetmənin siyahısı aşağıdadır:
- Snow Heavy Excavator Simulator (10,000,000 downloads)
- Hoverboard Racing (5,000,000 downloads)
- Real Tractor Farming Simulator (5,000,000 downloads)
- Ambulance Rescue Driving (5,000,000 downloads)-
- Heavy Mountain Bus Simulator 2018 (5,000,000 downloads)
- Fire Truck Emergency Driver (5,000,000 downloads)
- Farming Tractor Real Harvest Simulator (5,000,000 downloads)
- Car Parking Challenge (5,000,000 downloads)
- Speed Boat Jet Ski Racing (5,000,000 downloads)
- Water Surfing Car Stunt (5,000,000 downloads)
Ziyanverici ilə yoluxan bütün tətbiqetmələri siyahısına buradan keçid edə bilərsiniz.
Qeyd edək ki, yoluxan bütün tətbiqetmələr və oyunlar Google tərəfindən "Play Store"-dan silinib.
Elektron Təhlükəsizlik Xidməti mobil qurğularınızda bu tətbiqetmələrdən biri quraşdırılıbsa onu qurğudan silməyinizi və cihazınızı etibarlı anti-virus proqramı ilə yoxlamağınızı tövsiyə edir.