Sosial şəbəkələr vasitəsilə “Baku EIectronics” mağazalar şəbəkəsinin adından fişinq kampaniyası həyata keçirilir. Saxta kampaniya çərçivəsində müxtəlif elektronik məhsullar hədiyyə kimi və ya ucuz qiymətlərlə vətəndaşlara təklif olunur. Hətta inandırıcı görünmək üçün paylaşımın şərh bölməsinə saxta hesablar vasitəsilə rəylər də əlavə edilir. Dələduzların əsas məqsədi paylaşımdakı keçid vasitəsilə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirməkdir.