QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“Facebook” sosial şəbəkəsində Azərpoçt MMC-nin adından saxta kampaniyalar həyata keçirilir

27 Jan 2025

“Facebook” sosial şəbəkəsində Azərpoçt MMC-nin adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, saxta səhifələr vasitəsilə poçt anbarlarının təcili boşaldılması və itirilmiş bağlamaların 4.20 AZN-ə satılması barədə məlumatlar paylaşılır. Bağlamaların əldə olunması üçün vətəndaşlar “Whatsapp” nömrələrinə yönləndirilir. Daha sonra saxta keçid vasitəsilə bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.