QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

"WhatsApp"la bağlı gələn məktublara diqqət !

04 Sep 2013

WhatsApp

 

TrendMicro bildirir ki, hücumçülar artıq e-poçtlar vasitəsi ilə mobil cihazlara  müdaxilə etməyə başlayıblar. Sürətlə sayı artmağa davam edən mobil  təhlükələr, yeni şəkildə özünü göstərir. Mobil cihazlara sızmağa çalışan  hücumçular artıq arzuolunmaz e-poçtlarla istifadəçiləri aldatmağa çalışır. 

Bu cür e-poçtlar istifadəçiləri aldatmaq məqsədi ilə məşhur WhatsApp  proqramının adından istifadə edir. TrendMicro mürəxəssisləri bildirir ki,  məktublar WhatsApp-dan gəlmiş səsli mesaj kimi görünür. Kompüter istifadəçi  “play” düyməsinə kliklədiyi zaman ziyanverici proqram istifadəçini başqa bir  sayta istiqmətləndirir. İstifadəçinin qarşısına çıxan saytda istifadəçinin brouzer  proqramının köhnə versiya olduöu və yenilənməli olduğu barədə xəbərdarlıq  mesajı çıxır. Yeniləmə üçün tövsiyə olunan “endir” düyməsinə kliklədikdə  ziyanverici proqram istifadəçinin kompüterinə yüklənir.

Əgər istifadəçilər mobil cihazında bu məktubu açarsa və ziyanverici proqramı  telefonuna endirərsə, istifadəçinin telefonundann hücumçuların istədiyi,  əvvəldən  müəyyən olunmuş nömrələrə qısa mesaj gedir. Bununla bərabər  başqa proqramın da telefona endirilməsi tələb olunur. İstifadəçilərə, saxta e-  poçtlara  diqqət etməsi və tanımadıqları ünvanlardan gələn məktubları  açmaması  məsləhət görülür.